Tovuzda ikimərtəbəli yaşayış evində yanğın baş verib - FOTO

Tovuzda ikimərtəbəli yaşayış evində yanğın baş verib - FOTO Tovuz. 9 avqust. REPORT.AZ/ Tovuz rayonunda fərdi yaşayış evində yanğın olub.
Hadisə
9 Avqust , 2018 02:32
Tovuzda ikimərtəbəli yaşayış evində yanğın baş verib - FOTO

Tovuz. 9 avqust. REPORT.AZ/ Tovuz rayonunda fərdi yaşayış evində yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qovlar şəhəri, Nəriman Nərimanov küçəsi, ev 45 ünvanında qeydə alııb.

Hələlik bilinməyən səbəbdən başlamış yanğın zamanı 2 mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsi içərisindəki əşyalarla birgə yanıb. Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub və yanğın tam söndürülüb.

İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi