Tovuzda iki minik maşını toqquşub, 3 yaralı var

Hadisə
  • 01 sentyabr, 2018
  • 21:45
Tovuzda iki minik maşını toqquşub, 3 yaralı var
Report

Tovuz. 2 sentyabr. REPORT.AZ/ Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonunun Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Lifan” markalı avtomobillə “VAZ-2106”nın toqquşması nəticəsində 2 nəfər Şəmkir rayon sakini - 1991-ci il təvəllüdlü Həsənov Cavid Sabir oğlu və 1993-cü il təvəllüdlü Zaloqlu Məhəmməd Rəsul oğlu, həmçinin 1992-ci il təvəllüdlü Tovuz rayon Əyyublu kənd sakini Həsənov Cavid Ədalət oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.