Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Hadisə
  • 14 mart, 2020
  • 18:46
Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Tovuz rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ” markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində, sürücülərdən biri və sərnişin, 1936-cı il təvəllüdlü Fatma Cəmil qızı Musayeva xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.