Tovuzda güclü külək fəsadlar yaradıb

Tovuzda güclü külək fəsadlar yaradıb Tovuz rayonunda güclü külək müşahidə olunub.
Hadisə
20 İyun , 2020 21:33
Tovuzda güclü külək fəsadlar yaradıb

Tovuz rayonunda güclü külək müşahidə olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, külək Tovuz şəhərində bir sıra fəsadlar törədib.

Belə ki, şəhərdəki bəzi binaların dam örtükləri dağılıb. Bununla yanaşı, ağaclar küləyin təsirindən aşıb, habelə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Güclü külək Qərb bölgəsinin digər rayonlarında da əsir. Qazax rayonunda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Son xəbərlər

Orphus sistemi