Tovuzda yaşadığı evin pəncərəsini sındıran gəncin bilək damarı kəsilib - YENİLƏNİB

Tovuzda yaşadığı evin pəncərəsini sındıran gəncin bilək damarı kəsilib - YENİLƏNİB Tovuzda ailəsi ilə mübahisə edən gənc yaşadığı evin pəncərəsini sındıran zaman xəsarət alıb.
Hadisə
27 May , 2020 23:40
Tovuzda yaşadığı evin pəncərəsini sındıran gəncin bilək damarı kəsilib - YENİLƏNİB

Tovuzda ailəsi ilə mübahisə edən gənc yaşadığı evin pəncərəsini sındıran zaman xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, İbrahim Hacılı kənd sakini olan gənc oğlan hələ ki, naməlum səbəbdən ailəsi ilə mübahisə edib. Bu zaman o, əsəbləşərək yaşadığı evin pəncərəsini əli ilə sındırıb. Nəticədə sınıq pəncərə şüşəsi onun əlini və bilək damarını kəsib. Xəsarət alan gənc yaxınları tərəfindən xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Hazırda yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


***21:23

Tovuz rayonun İbrahim Hacılı kənd sakini naməlum şəraitdə xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, gənc oğlan (ad və soyadı dəqiqləşdirilir - red) bilək damarı kəsilmiş halda yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Gəncin hansı şəraitdə xəsarət aldığı məlum deyil. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi