Tovuzda ər arvadı bıçaqlayıb

Hadisə
  • 21 oktyabr, 2023
  • 06:18
Tovuzda ər arvadı bıçaqlayıb

Tovuzda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Malik Mirzəyev qısqanclıq zəminində əlində olan mətbəx bıçağı ilə arvadı - 2000-ci il təvəllüdlü Tükəzban Mirzəyevanı vuraraq onun qarın boşluğu və sağ bazu sümüyünə xəsarətlər yetirib.

Faktla bağlı Tovuz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.