Tovuzda çörək maşını aşıb, yaralılar var - FOTO - YENİLƏNİB

Tovuzda çörək maşını aşıb, yaralılar var - FOTO - YENİLƏNİB Tovuz. 15 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
15 Oktyabr , 2018 18:04
Tovuzda çörək maşını aşıb, yaralılar var - FOTO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Tovuz. 15 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı üç nəfər ağır bədən xəsarətləri alıb.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan "VAZ-2107" markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir. Digər  yaralılar, Tovuz rayon sakinləri - 1990-cı il təvəllüdlü Seymur Nəriman oğlu Balakişiyev və 1991-ci il təvəllüdlü Vusal Vəli oğlu Quliyevin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


***17:41


Tovuz. 15 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, çörək zavoduna məxsus "VAZ-2104" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub. Zərbənin gücündən çörək maşını aşıb. 

Nəticədə hər iki avtomobilin sürücüsü və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan "VAZ-2107" markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir. 

Hazırda hər üç şəxsin kimliyi və qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi