Tovuzda əri tərəfindən bıçaqlanan qadın öldü
- 08 avqust, 2020
- 18:10
Tovuz rayonunda həyat yoldaşı tərəfindən bıçaqlanan qadın yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, həkimlərin səyinə baxmayaraq 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R. Məmmədova həyat yoldaşı, 1986-cı il təvəllüdlü Malik Məmmədəliyev tərəfindən bıçaqlanmışdı.
13:05
Tovuz rayonunda 30 yaşlı qadına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovaya bıçaq xəsarəti yetirən həyat yoldaşı, 1986-cı il təvəllüdlü Malik Məmmədəliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.
22:53, 7 avqust
Tovuz rayonunda qadının bıçaq xəsarəti alması ilə nəticələnən hadisə qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Aşağı Quşçu kəndində baş verib. 1990-cı il təvəllüdlü R.Məmmədova bıçaq xəsarəti alıb. Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Qadının hansı şəraitdə bıçaq xəsarəti alması hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.