Tovuzda bibi evinə qonaq gəlmiş qardaşı oğlunu bıçaqlayıb - YENİLƏNİB

Tovuzda bibi evinə qonaq gəlmiş qardaşı oğlunu bıçaqlayıb - YENİLƏNİB Bıçaqlanan şəxs Sumqayıt sakinidir
Hadisə
16 Noyabr , 2017 09:08
Tovuzda bibi evinə qonaq gəlmiş qardaşı oğlunu bıçaqlayıb - YENİLƏNİB

Tovuz. 16 noyabr. REPORT.AZ/ Tovuz rayonunda bibinin qardaşı oğlunu bıçaqlamasının bəzi təfərrüatı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bıçaqlanan C.Qasımov bibisinin evinə zorla daxil olub, bu zaman bibisi onunla mübahisə edən zaman qadın qardaşı oğlu tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın mətbəx bıçağına əl ataraq onu bıçaqlayıb.


***08:36

Tovuz. 16 noyabr. REPORT.AZ/ Tovuzda bıçaqlanma hadisəsi olub.

Tovuz rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumatına görə, 1990-cı il təvəllüdlü Sumqayıt sakini Qasımov Cavid Fəzail oğlu Tovuza qonaq gedib və hələ ki, bilinməyən səbəblərdən bibisi tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi