Tovuzda bacısını qətlə yetirən şəxs azadlıqdan 14 il məhrum olunub

Tovuzda bacısını qətlə yetirən şəxs azadlıqdan 14 il məhrum olunub Gəncə Ağır Cinayətlər Məhkəməsində Ruslan Gülməmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb
Hadisə
14 Oktyabr , 2017 19:50
Tovuzda bacısını qətlə yetirən şəxs azadlıqdan 14 il məhrum olunub

Gəncə. 14 oktyabr. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Gülməmmədov Ruslan Rafiq oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un Qərb bürosunun məlumatına görə, məhkəmənin hökmü ilə R.Gülməmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyun ayının 19-da Tovuz rayonunda, Əsrik çayının rayonun Aşağ Quşçu kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti aşkarlanıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, G.Gülməmmədovanı onun qardaşı, Aşağı Quşçu kənd sakini, 1994-cu il təvəllüdlü R.Gülməmmədov bıçaqlayaraq, qətlə yetirib. Faktla bağlı R.Gülməmmədov saxlanılıb.

Onun hadisəni qısqanclıq zəminində törətdiyi məlum olub.

R.Gülməmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi