Tovuzda avtomobilin vurduğu qadın piyada xəstəxanada ölüb - YENİLƏNİB

Hadisə
  • 19 sentyabr, 2018
  • 12:01
Tovuzda avtomobilin vurduğu qadın piyada xəstəxanada ölüb - YENİLƏNİB

Tovuz. 19 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda avtomobilin vuraraq ağır yaraladığı qadın piyada xəstəxanada ölüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, 1945-ci il təvəllüdlü Səlmi Cahangir qızı İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.


*** 14:50

Tovuz rayonunda 73 yaşlı qadını avtomobil vurub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

Çörək daşıyan avtomobil maşını arxaya vermək istəyən zaman 1945-ci il təvəllüdlü Səlmi İsmayılovanı vurub. Ağır bədən xəsarətləri alan 73 yaşlı qadın ona ağır bədən xəsarətləri alan S.İsmayılova xəstəxanaya yerləşdirilərək əməliyyata alınıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə