Tovuzda bir ailə avtomobil qəzasına düşüb

Tovuzda bir ailə avtomobil qəzasına düşüb Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
1304
2 Sentyabr , 2020 23:43
Tovuzda bir ailə avtomobil qəzasına düşüb

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Əyyublu kəndində, şərti olaraq “Köhnə yol adlanan ərazidə qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində bir ailənin üzvləri - 1970-ci il təvəllüdlü Sultan Nağıyev, onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Rəna Nağıyeva, habelə onların 2 və 4 yaşlı övladları xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi