Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var Tovuz rayonunun Qovlar şəhəri ərazisində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə
29 Mart , 2020 20:10
Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Tovuz rayonunun Qovlar şəhəri ərazisində xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Niva" markalı avtomobillə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər - 1998-ci il təvəllüdlü Zülfiyyə Hüseynova və 1990-cı il təvəllüdlü Nüşabə Məsimova xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, hadisəyə avtomobillərdən birinin işıqforun qırmızı işığında hərəkət etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi