Yuxarı

Tovuzda yol qəzası baş verib, üç nəfər xəsarət alıb - YENİLƏNİB

​Tovuzda avtomobil qəzası baş verib, xəsarət alanlar var

Tovuz rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.  

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar rayonun İbrahimhacılı kənd sakinləri, 2010-cu il təvəllüdlü Ömər Samir oğlu Abbasov, 1999-cu il təvəllüdlü Elmir Emin oğlu Tanrıverdiyev və 1999-cu il təvəllüdlü Cırdaxan kənd sakini Asif Vasif oğlu Dəmirovdur. 


*** 16:35

Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Cırdaxan kənd yolunda qeydə alınıb.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır .

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi