Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
- 20 noyabr, 2018
- 18:39
Tovuz. 20 noyabr. REPORT.AZ/ Tovuz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1954-cü il təvəllüdlü Fazil Rzayev idarə etdiyi "Mercedes" markalı avtomobillə Aşağı Quşçu kəndində hərəkətdə olan zaman kənd sakini, 1957-ci il təvəllüdlü Rəhilə Muxtar qızı Namazovanı vuraraq ona ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***22:14
Tovuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.
Qəza zamanı 1957-ci il təvəllüdlü Rahilə Muxtar qızı Namazova xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.