Tovuzda avtomobil aşıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

Tovuzda avtomobil aşıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
Hadisə
137
29 Mart , 2019 17:05
Tovuzda avtomobil aşıb, ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticədə sərnişinlərdən biri, Ağdaş rayon sakini Qiyas Ədilov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Sürücü və 2 sərnişin - Sumqayıt şəhər sakini, 26 yaşlı Mehdi Tağıyev, Şəki şəhər sakini, 26 yaşlı Növzət Mikayılov ağır bədən xəsarətləri ilə öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.


*** 14:59

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun girişində, H.Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakini Namiq Ənsərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi əvvəl yol kənarındakı hasara çırpılıb, daha sonra isə aşıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar xəstəxanaya çatdırlıb.  

Son xəbərlər

Orphus sistemi