Tovuzda 47 yaşlı kişinin üzərinə avtomobil düşüb

Hadisə
  • 06 sentyabr, 2018
  • 08:42
Tovuzda 47 yaşlı kişinin üzərinə avtomobil düşüb

Tovuz. 6 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1971-ci il təvəllüdlü Aqil Tofiq oğlu Məmmədovun üzərinə avtomobil düşüb. Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə