Tovuzda 29 yaşlı qadın qeysəriyyə əməliyatından sonra ölüb

Tovuzda 29 yaşlı qadın qeysəriyyə əməliyatından sonra ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Avqust , 2017 23:03
Tovuzda 29 yaşlı qadın qeysəriyyə əməliyatından sonra ölüb

Tovuz. 13 avqust. REPORT.AZ/ Tovuzda qeysəriyyə əməliyatından sonra narkozdan komaya düşən qadın ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon Yanıqlı kənd sakini, 1988-ci il təvəllüdlü Əliyeva Oksana Hafiz qızı 12 gün əvvəl qeysəriyyə əməliyatından sonra dünyaya oğlan uşağı gətirib. Qadın əməliyat zamanı vurulan narkozdan komaya düşüb. Reanimasiya şöbəsində koma vəziyyətdə qalan qadın bu gün dünyasını dəyişib.

Qeyd edə ki, bu, O.Əliyevanın 2-ci doğuşu olub, bundan əvvəlki hamiləliyində də bir oğul uşağı dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi