Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var 

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var  Tovuz rayon ərazisində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.
Hadisə
23 Oktyabr , 2021 21:11
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var 

Tovuz rayonu ərazisində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Qovlar ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər, 1949-cu il təvəllüdlü Çiçək Sadıqova, 1981-ci il təvəllüdlü Yeganə Sadıqova, 1954-cü il təvəllüdlü Lahıcova Gülmaya və avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Onların vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Tovuz rayonunda gün ərzində daha iki avtomobil qəzası qeydə alınıb. Həmin qəzalarda da yüngül xəsarət alanlar olub və onlara ambulator yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi