Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB Tovuz rayonunda elektrik xətlərini təmir edən zaman cərəyan vurması əticəsində dünyasını dəyişən şəxsin kimliyi məlum olub.
Hadisə
5 Noyabr , 2019 12:24
Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Tovuz  rayonunda elektrik xətlərini təmir edən zaman cərəyan vurması əticəsində dünyasını dəyişən şəxsin kimliyi məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Dönük Qırıqlı kəndi ərazisində, rayon sakini, 1981-ci il təvəllüdlü Məzahir Qədir oğlu İmanov elektrik xətlərini təmir edərkən cərəyan vurması nəticəsində ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə yerləşdirilib. 


*** 10:23

Tovuz rayonunda orta yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, fərdi yaşayış evinin çardağında işləyən orta yaşlı kişini ehtiyyatsızlıqdan elektrik cərəyanı vurub. O aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi