Tovuz sakinini avtomobil vuraraq öldürüb - YENİLƏNİB
- 08 dekabr, 2018
- 09:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz. 8 dekabr. REPORT.AZ/ Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, Tovuz rayon sakini Elməddin Mirzəyevi Bakı şəhər sakini, V.Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
*** 12:31
Tovuz. 8 dekabr. REPORT.AZ/ Tovuz rayon sakinini avtomobil vuraraq öldürüb.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, Bakı şəhər sakini Vüqar Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən orta yaşlı kişini vurub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. Yaralı Təcili yardım maşını ilə xəsatəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.