Goranboy. 16 mart. REPORT.AZ/ Tovuz-Bakı marşurut xətti ilə hərəkətdə olan sərnişin avtobusunun sürücüsü sükan arxasında ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, Bayram Əsəd oğlu Vəlizadə idarə etdiyi sərnişin avtobusunda qəfildən ölüb. Onun ürəktutmadan öldüyü bildirilir. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib.
***14:09
Goranboy. 16 mart. REPORT.AZ/ Tovuz-Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusunun sürücüsü ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində baş verib.
Tovuz-Bakı marşurut xətti ilə hərəkət edən avtobusda ölən sərnişinin şəxsiyyəti və ölüm səbəbləri dəqiqləşdirlir.
Faktla bağlı araşdırma aparılır.