Bakıda geyim mağazasında yanğın baş verib

Bakıda geyim mağazasında yanğın baş verib Bakıda mağazada yanğın başlayıb.
Hadisə
22 Sentyabr , 2020 15:54
Bakıda geyim mağazasında yanğın baş verib

Bakıda baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

15:41

Bakıda mağazada yanğın başlayıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Nizami küçəsi, 91 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yerləşən geyim mağazasında yanğın başlayıb.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib. Yanğın məhdudlaşdırılıb.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi