Yuxarı

​Polis Masallıda qətl törədən 4 nəfərdən birini həbs edib

16 yaşlı Həmid Məmmədovu bıçaqla qətlə yetirən şəxslərdən 3-ü polisdən gizlənir

Bakı. 11 iyul. REPORT.AZ/ Masallı rayonunda 16 yaşlı Həmid Məmmədovu bıçaqla qətlə yetirən şəxslərdən biri tutulub.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşlarının apardıqları tədbirlər nəticəsində iyulun 9-da Masallı rayonunda Həmid Məmmədovu bıçaqla qətlə yetirmiş Xıl kənd sakinləri əvvəllər məhkum olunan Rövşən Zamanov tutulub, Röyal Quliyev, Cavid Kazımov və Mehdi Bağışov müəyyən ediliblər.

Onların tapılıb tutulmaları barəsində tədbirlər davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi