"Topaz" məntəqəsində dava düşüb

Hadisə
  • 12 iyun, 2017
  • 01:34
Topaz məntəqəsində dava düşüb

Bakı. 12 iyun. REPORT.AZ/ "Topaz" mərc oyunları məntəqələrindən birində dava olub.

"Report" xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunun Ağanemətulla küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Yusifzadə Fərid Vaqif oğlu mübahisə zəminində naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.