Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi

Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi ​​​​​​​Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib
Hadisə
18 Sentyabr , 2020 11:50
Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi
Tofiq Yaqublu

Müsavat Partiyasının Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib.

Bu barədə “Report”a vəkil Aqil Layıc məlumat verib.

Vəkilin sözlərinə görə, vəsatətə Nizami Rayon Məhkəməsində baxılacaq.

O bildirib ki, T.Yaqublunun azadlığına qovuşacağına ümid edir.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.
Onun barəsində verilən hökmdən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində 28 sentyabr saat 15:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Son xəbərlər

Orphus sistemi