Qaxda 70 yaşlı kişinin meyiti aşkarlanıb - YENİLƏNİB
- 28 dekabr, 2018
- 04:27
Qax. 28 dekabr. REPORT.AZ/ Qaxda 70 yaşlı kişinin meyiti aşkarlanıb.
“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Qaşqaçay kəndində anadan olan, 1948-ci il təvəllüdlü Tofiq Şaban oğlu Hüseynovun meyiti kirayədə yaşadığı Qax şəhəri, H.Əliyev prospekti, ev 43 ünvanında aşkarlanıb.
T.Hüseynovun ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
*** 7:24
Qax. 28 dekabr. REPORT.AZ/ Qax rayonunda fərdi yaşayı evindən yaşlı kişinin meyiti tapılıb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaşqaçay kəndi ərazisində fərdi yaş.ayış evlərindən birində baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişinin meyitini yaxınları aşkar edib. Mərhumun yaxınları dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə yerləşdirilib.