Bakıdan Moskvaya uçan təyyarənin komandiri yolboyu bir neçə dəfə kabinəni tərk edib - VİDEO

Bakıdan Moskvaya uçan təyyarənin komandiri yolboyu bir neçə dəfə kabinəni tərk edib - VİDEO Bakıdan Moskvaya uçan təyyarənin komandiri yolboyu bir neçə dəfə pilot kabinəsini tərk edərək salondakı sərnişinlərdən biri ilə söhbət edib.
Hadisə
10 Yanvar , 2020 16:54
Bakıdan Moskvaya uçan təyyarənin komandiri yolboyu bir neçə dəfə kabinəni tərk edib - VİDEO
Freepik.com

Bakıdan Moskvaya uçan təyyarənin komandiri yolboyu bir neçə dəfə pilot kabinəsini tərk edərək salondakı sərnişinlərdən biri ilə söhbət edib.

“Report” “News.ru”ya istinadən xəbər verir ki, hadisə yanvarın 7-də Bakı - Moskva reysini həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus “Airbus320” tipli təyyarədə baş verib və başqa bir sərnişinin təqdim etdiyi videoda əksini tapıb. Yolboyu təyyarə bir neçə dəfə hava axınına düşdüyü üçün sərnişinlər pilotun hərəkətini əsəbi qarşılayıb.

Adıçəkilən sayt tərəfindən göndərilən sorğuya AZAL-dan aşağıdakı cavab veriblər:

“Sorğunuzla bağlı bildiririk ki, bu məsələyə dair xidməti araşdırma aparılmalıdır. Bu yoxlamanın nəticəsinə görə təyyarə komandirinin davranışına qiymət veriləcək, mövcud qaydaların pozuntusu aşkarlanarsa, heyət barəsində müvafiq tədbirlər görüləcək”.

Bununla bağlı “News.ru” saytı təyyarə komandiri tərəfindən göstərilən bu etinasızlıqla mövcud aviasiya qaydalarını pozub-pozmaması, sərnişinləri təhlükəyə atıb-atmaması ilə bağlı ekspertlərə sual verib.

Rusiyanın Əməkdar pilotu Yuri Sıtnik:

"Təyyarədə iki pilot olduğu halda, yalnız biri komandirin icazəsilə qısa müddətdə yerini tərk edə bilər. Bəzən nəzarətçi üçüncü pilot da olur. Onun da üzrlü səbəb olmadan salona çıxması məsləhət deyil. Ümumiyyətlə, pilotlardan biri öz yerini tərk edirsə, onu baş bələdçi əvəz etməlidir. Çünki içəridə qalan bir pilotun halı pisləşsə, zirehli qapını içəridən açacaq kimsə olmalıdır”.

Юрий Сытник2

Yuri Sytnik, Honored Pilot of the Russian Federation:

Rusiyanın Uçuş Heyəti Həmkarlar İttifaqının vitse-prezidenti Alfred Malinovski isə sözügedən əhvalatda komandirin elə bir qəbahətini görməyib.

Rusiyanın Uçuş Heyəti Həmkarlar İttifaqının vitse-prezidenti Alfred Malinovski:

“Təyyarə komandiri gəmidə zəncirlənmiş kölə deyil. Onu əvəzləyəcək ikinci pilot var. Odur ki, komandir arada salona keçib vəziyyətə baxa, yaxud lap elə sərnişinlərlə söhbət də edə bilər. Yəni qadağan olunmayan hərəkətləri edə bilər. İfrata varmaq lazım deyil”.

Альфред Малиновский

Alfred Malinovsky, vice president of the Russian Flight Union:

Son xəbərlər

Orphus sistemi