Texniki Universitet tələbənin xəsarət alması xəbərinə münasibət bildirib - ƏLAVƏ OLUNUB

Texniki Universitet tələbənin xəsarət alması xəbərinə münasibət bildirib - ƏLAVƏ OLUNUB Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır
Hadisə
7 Fevral , 2018 09:08
Texniki Universitet tələbənin xəsarət alması xəbərinə münasibət bildirib - ƏLAVƏ OLUNUB

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan Texniki Universitetində (AzTU) tələbə boyun nahiyəsindən kəsilmiş xəsarətlər alıb.

"Report"un xəbərinə görə, hadisə ötən gün dərs saatında baş verib.

Məlumata görə, 1999-cu il təvəllüdlü Əsədov Xalid Şücaət oğlu idman dərsi zamanı, universitetin idman zalında nəzarətsiz şəkildə dəmir alətlə məşq edib. Bu zaman tələbənin əlindəki küt dəmir alət onun boynuna dəyib. Tələbə boyunun ön səthinin əzilmiş və kəsilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.


Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan Texniki Universitetindən (AzTU) "Report"a bildirilib ki, KİV-lərdə AzTU-nun tələbəsi kimi təqdim olunan Əsədov Xalid Şücaət oğlunun bu ali məktəblə heç bir əlaqəsi yoxdur: "Həmin şəxs bizim tələbəmiz olmadığı kimi, idman klubumuzun üzvü də deyil. Bundan əlavə, hazırda imtahan sessiyası olduğu üçün universitetdə dərs yoxdur və yaralanma hadisəsinin AzTU-nun idman sarayında baş verməsi iddiası da əsasızdır. Bizim İdman Sarayımızda belə bir hadisə baş verməyib. Bütün hallarda, yaralanan gəncə tez sağalmasını arzu edirik".

Son xəbərlər

Orphus sistemi