Bakı. 11 yanvar. REPORT.AZ/ “Texnikabank” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsini məhkəməyə verib.
“Report”un məlumatına görə, bank hərəkətlərin qanunsuz hesab edilməsi və dayandırılması barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.
Qərardan narazı qalan “Texnikabank” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.