Tərtərdə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Hadisə
  • 11 avqust, 2018
  • 09:59
Tərtərdə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Tərtər. 11 avqust. REPORT.AZ/ Tərtər rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Şixarx qəsəbəsi yaxınlığında qeydə alınıb. 

Belə ki, "Mercedes", "Niva" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Nəticədə sürücülərdən ikisi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi