Tərtərdə yol qəzası olub, ölən və yaralanan var

Hadisə
  • 15 may, 2018
  • 17:28
Tərtərdə yol qəzası olub, ölən və yaralanan var
"Report"

Tərtər. 15 may. REPORT.AZ/ Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şirxax qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.