Tərtərdə yaşayış evi uçub - FOTO

Tərtərdə yaşayış evi uçub - FOTO Hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib
Hadisə
16 Yanvar , 2018 18:53
Tərtərdə yaşayış evi uçub - FOTO
Report

Tərtər. 16 yanvar. REPORT.AZ/ Tərtər rayonunda yaşayış evi uçub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

Belə ki, bu gün səhər saatlarında kənd sakini, 1980-ci il təvəllüdlü Anar Əkbər oğlu Abdullayevə məxsus evin bir otağının divarları uçub. Evin bütün əşyaları uçqun altında qalsa da, ailə üzvlərindən xəsarət alan olmayıb.

Ev sahibinin bildirdiyinə görə, ev ötən ilin noyabr ayında baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşüb. Lakin 6 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşamağa məcbur olub. 

Hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.

Son xəbərlər

Orphus sistemi