Tərtərdə sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib - VİDEO - YENİLƏNİB

Tərtərdə sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
6 Dekabr , 2018 17:01
Tərtərdə sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Video əlavə olunub


*** 14:00

Tərtər. 6 dekabr. REPORT.AZ/ Tərtər rayonunda yol polisinin keçirdiyi reyd zamanı normadan artıq sərnişin daşıyan, istismara yararsız avtobuslar aşkarlanıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, reyd Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması məqsədi ilə təşkil edilib. Rayonun müxtəlif küçə və prospektlərində keçirilən reyd zamanı bir çox kobud qayda pozuntularına yol verən, sərnişinlərin mənzil başına təhlükəsiz çatmaları üçün tələb olunan normativlərə riayət etməyən sürücülər aşkarlanıb.

Normadan xeyli artıq sayda sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıqlar quraşdırılmış, iri və kiçik tutumlu avtobuslar aşkarlanıb. Eyni zamanda, sərnişindaşıma ilə məşğul olan bir çox sürücülərdə etibarnamə və sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib.

Sadalanan faktlarla bağlı 20-yə yaxın sürücü haqqında qanunamüvafiq tədbirlər görülüb.

Reyd zamanı bir daha sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar izah olunaraq bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçməlidirlər.

Sərnişindaşıma fəaliyyətilə məşğul olan, bu sahədə qayda pozuntularına yol verənşəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tədbirlər bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi