Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib, cinayət işi açılıb - YENİLƏNİB

Hadisə
  • 27 aprel, 2023
  • 13:33
Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib, cinayət işi açılıb - YENİLƏNİB

Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib, cinayət işi açılıb.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 27-si saat 15 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyitin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı rayonun Söylən kənd sakini, 1984-cü il təvəllüdlü Qaryağdı Allahverdiyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

15.58

Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.

İlkin məlumata görə, kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.

Onun rayonun Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlu olması müəyyən edilib. O, həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.