Tərtərdə kişi arvadını döyərək hər iki qolunu sındırıb

Tərtərdə kişi arvadını döyərək hər iki qolunu sındırıb Qadının vəziyyəti ağırdır
Hadisə
11 Oktyabr , 2017 16:47
Tərtərdə kişi arvadını döyərək hər iki qolunu sındırıb

Tərtər. 11 oktyabr. REPORT.AZ/ Tərtər rayonunda kişi arvadını döyərək ağır xəsarətlər yetirib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektindəki evlərdən birində qeydə alınıb.

Belə ki, rayon sakini Etibar Həsənov həyat yoldaşı 52 yaşlı Həsənova Kəmalə İsmayıl qızını küt alətlə döyüb. Ağır bədən xəsarətləri alan qadının hər iki qolu da sınıb.

Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi