Tərtərdə fərdi yaşayış evi tamamilə yanıb - FOTO
Hadisə
- 26 oktyabr, 2016
- 11:48
Tərtər. 26 oktyabr. REPORT.AZ/ Tərtərdə rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Sarıcalı kəndində Zabil Qasımova məxsus iki otaq, bir mətbəxdən ibarət fərdi yaşayış evi bütün əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlər yanğının böyüyərək qonşu evlərə keçməsinin qarşısını alıblar.
Hazırda Bakı şəhərində yaşayan ev sahibinin sözlərinə görə, yanğın zamanı mənzildə 2 000 manat nağd pulu, qızıl-zinət əşyaları və sənədləri də yanıb.
Məlumata görə, hadisəyə elektirik naqillərində qısaqapanmanın baş verməsi səbəb olub.
Qeyd edək ki, evdə Z.Qasımovun bacısı oğlu, Ağdam rayonundan məcburi köckün olan Murov Əliyev 4 nəfərdən ibarət ailəsi ilə birlikdə müvvəqəti məskunlaşıbmış.
Son xəbərlər
01:34
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
Digər ölkələr01:06
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
Digər ölkələr00:37
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Digər ölkələr00:10
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Qarabağ00:05
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət00:05
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Qarabağ00:00
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Qarabağ23:40
"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib
Futbol23:34