Tərtərdə bıçaqlanan şəxs 7 saatlıq cərrahi əməliyyatdan sonra sağ qalıb
Hadisə
- 09 dekabr, 2017
- 18:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tərtər. 9 dekabr. REPORT.AZ/ Tərtər rayonunun Qapanlı kəndində bıçaqlanma hadisəsi baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, toyda başlayan mübahisə, daha sonra münaqişə ilə yekunlaşıb.
Nəticədə 1987-ci il təvəllüdlü kənd sakini Elsəvər Vidadi oğlu Salmanov adı hələ ki, məlum olmayan şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı öncə Tərtər, ardınca Bərdə, sonda isə Mingəçevir şəhər xəstəxanasına aparılıb. Nəhayət Mingəçevirdə baş tutan 7 saatlıq ağır cərrahi əməliyyatdan sonra yaralı gəncin həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.
Baş vermiş hadisə ilə bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.
Son xəbərlər
02:01
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
Biznes
01:45
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
Digər ölkələr
01:19
Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb
Digər ölkələr
00:50
Foto
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
Xarici siyasət
00:35
Foto
Video
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Hadisə
00:26
Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6
Region
00:19
Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm
Digər ölkələr
00:05
Qarakənd faciəsindən 35 il ötür
Daxili siyasət
00:00
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət