Tərtərdə bədbəxt hadisələr nəticəsində 3 nəfər xəsarət alıb

Hadisə
  • 20 noyabr, 2017
  • 19:54
Tərtərdə bədbəxt hadisələr nəticəsində 3 nəfər xəsarət alıb
Report

Tərtər. 20 noyabr. REPORT.AZ/ Tərtərdə bədbəxt hadisələr nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Bəyimsarov kəndində 1949-cu il təvvəlüdlü yerli sakin Əliyev Nəriman Sultan oğlu yaşadığı evin dam örtüyündə bərpa işləri aparan zaman yerə yıxılıb. 68 yaşlı kişi yaxınları tərəfindən rayon xəstəxanasına çatdırılıb.

Digər hadisə Tərtər şəhərinin Üzeyir Hacıbəyov küçəsində baş verib. 16 yaşlı rayon sakini Məmmədov Elgiz Qubad oğlu hündür ağacda kəsinti işləri aparan zaman yerə düşüb. Ağır bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya aparılaraq tibbi yardım alıb.

Daha bir bədbəxt hadisə isə rayonun Evoğlu kəndində qeydə alınıb. Yeddi yaşlı Hacılı Qələmzər Mehdi qızı sol təpə nahiyəsindən əzilmiş-kəsilmiş yara diaqnozu ilə rayon xəstəxanasına gətirilib. Azyaşlı qızın vəziyyəti ağır olduğu ücün o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilən qızın vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

Hər üç faktla bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.