Tərtərdə 70 yaşlı kişi laqonda ilə ayağını kəsib

Tərtərdə 70 yaşlı kişi laqonda ilə ayağını kəsib Tərtər. 22 noyabr. REPORT.AZ/ Tərtər rayonunda 70 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Hadisə
22 Noyabr , 2018 23:24
Tərtərdə 70 yaşlı kişi laqonda ilə ayağını kəsib

Tərtər. 22 noyabr. REPORT.AZ/ Tərtər rayonunda 70 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, rayonun Səhləbad kəndində yaşayan 1948-ci il təvəllüdlü Şirvan Həsən oğlu Ağalarov sağ ayağın baldır nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dən “Report”a bildirilib ki, müayinə zamanı Ş.Ağalarovun yaşadığı ünvanda laqonda ilə iş görən zaman ayağını kəsdiyi məlum olub. Yaralıya lazımi tibbi yardım göstərilib, hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir.

Bundan əvvəl Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb.

Son xəbərlər

Orphus sistemi