Yuxarı

Tərtər sakini ağzından güllələnib

​Tərtər sakini ağzından güllələnib

Tərtər rayonunda güllələnmə hadisəsi baş verib.

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan Behbudov Mənsur Oktay oglu ağzından güllələnib.

Onun kim tərəfindən və hansı səbəbdən güllələndiyi məlum deyil.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi