TƏBİB poliklinikalarda yaranan sıxlığın səbəbini açıqlayıb

TƏBİB poliklinikalarda yaranan sıxlığın səbəbini açıqlayıb Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.
Hadisə
28 Avqust , 2024 12:45
TƏBİB poliklinikalarda yaranan sıxlığın səbəbini açıqlayıb

Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub.

Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə poliklinikalarda onlayn növbə sistemində problemlərin olduğu bildirilib. Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.

Qeyd edək ki, səbəblərdən biri kimi “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün” sağlamlıq haqqında arayışların əldə olunmasına dair tibb müəssisələrinə müraciət sayında kəskin artım göstərilir.

Son xəbərlər

Orphus sistemi