Tbilisidə narkoticarətlə məşğul olan 2 azərbaycanlı məhkum olunub

Tbilisidə narkoticarətlə məşğul olan 2 azərbaycanlı məhkum olunub Cəfərov qardaşlarından birinə müddətsiz həbs cəzası verilə bilər
Hadisə
15 Avqust , 2017 12:44
Tbilisidə narkoticarətlə məşğul olan 2 azərbaycanlı məhkum olunub

Bakı. 15 avqust. REPORT.AZ/ Tbilisi şəhər məhkəməsi narkotik maddələrin saxlanılması, əldə olunması və satışında təqsirləndirilən Maxi və Nazim Cəfərov qardaşlarına qarşı həbs qətimkan tədbiri seçib.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, Cəfərov qardaşları avqust 11-də axşam saatlarında saxlanılıblar. Xüsusi əməliyyat çərçivəsində onların Poniçala bölgəsindəki evlərinin axtarışı zamanı Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik maddələr aşkarlayıb və onu müsadirə ediblər.

Bundan əlavə, DİN əməkdaşları təqsirilənidirlən şəxslərin polis tərəfindən maddi sübut kimi götürülən balaca bağlamalara bənzər əşyaları müəyyən vasitəçilərə verdiyi gizli videoyazını ələ keçirib.

Maxi Cəfərovun evində aparılan axtarış zamanı hüquq-mühafizə orqanları əməkdaşları spesifik iyə məxsus qəhvəyi rəngli 17 bağlama heroin, Nazim Cəfərovun evində isə bu maddədən 16 bağlama aşkar olunub.

İki qardaş xüsusi ağır cinayət törətməkdə ittiham olunur. Söhbət Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin iki hissədən gedir. Bir bəndə görə təqsirləndirilənlər 7 ildən 14 ilə qədər həbs cəzası ala bilər, ikinci bəndə əsasən isə 8 ildən 20 ilə qədər və ya müddətsiz həbs cəzası nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi