Tapqaraqoyunluda əl qumbarası tapılıb

Tapqaraqoyunluda əl qumbarası tapılıb Bakı. 17 aprel. REPORT.AZ/ Goranboy rayonunda əl qumbarası tapılıb.
Hadisə
17 Aprel , 2018 17:52
Tapqaraqoyunluda əl qumbarası tapılıb

Bakı. 17 aprel. REPORT.AZ/ Goranboy rayonunda əl qumbarası tapılıb. 

ANAMA-dan "Report"a verilən məlumata görə, aprelin 17-də, saat 10:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Goranboy rayonu, Tapqaraqoyunlu kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə kənd icra nümayəndəliyinin inzibati binasına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Son xəbərlər

Orphus sistemi