Tanışını bıçaqlayan azyaşlı məhkəmə zalında həbs edilib
Hadisə
- 11 oktyabr, 2017
- 06:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sübhan Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə Qaradağ rayonunda baş verib. Azyaşlı olan S.Atakişiyev tanışı Yusif Mehdiyevi çayxanda əvvəl döyüb, sonra bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.
Son xəbərlər
11:22
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Hadisə
11:20
Foto
MMU-da müdafiə və milli təhlükəsizliyin aktual problemləri müzakirə edilib
Hərbi
11:16
Azərbaycanda gələn il büdcə siyasətinin əsas istiqamətləri açıqlanıb
Maliyyə
11:11
"Trendyol"da noyabr endirimləri: Bu noyabrda da hər kəs "Trendyol"da!
Biznes
11:07
Demokratlar Nümayəndələr Palatasında çoxluğu qazanırlar - Yenilənib-4
Digər ölkələr
11:07
Azərbaycanda sağlamlıq turizmi ilə bağlı konsepsiya hazırlanacaq
Turizm
11:02
Gələn il məqsədli proqramlara 682 milyon manatdan çox vəsait ayrılacaq
Maliyyə
11:01
Azərbaycan ərzaq təhlükəsizliyinə xərcləmələri 2 % artırır
Maliyyə
11:01
Naxçıvanda din xadimləri üçün təlim keçirilib
Daxili siyasət