​Tanınmış şirkətin apellyasiya şikayəti təmin edilməyib

​Tanınmış şirkətin apellyasiya şikayəti təmin edilməyib Qərar dəyişdirilmədən saxlanılıb
Hadisə
25 Yanvar , 2016 08:54
​Tanınmış şirkətin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 25 yanvar. REPORT.AZ/ “Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Dövlət Miqrasiya Xidmətinə (DMX) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şirkətin apellyasiya şikayəti təmin edilməyib. Belə ki, birinci instansiya məhkəmənin DMX-nin xeyirinə çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. 

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti qəbul etdiyi qərara əsasən, “Lider Monolit” MMC-ni 35 min manat məbləğində cərimələyib. Qərardan narazı qalan şirkət Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cərimə məbləğinin 30 min manata salınmasını istəyib. Məhkəmə şikayəti təmin etməyib. Daha sonra MMC apellyasiya şikayəti verib.

Xatırladaq ki, “Lider Monolit” MMC 2005-ci ildə təsis edilib. Şirkət Bakı şəhəri və bölgələrdə tikinti, əsaslı təmir, yenidənqurma və abadlıq işlərini yerinə yetirir.

Son xəbərlər

Orphus sistemi