​Tanınmış şirkətin baş mühasibinin məhkəməsində direktor ifadə verib

​Tanınmış şirkətin baş mühasibinin məhkəməsində direktor ifadə verib Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib
Hadisə
21 Aprel , 2016 12:26
​Tanınmış şirkətin baş mühasibinin məhkəməsində direktor ifadə verib

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimovun cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ifadə verib.

T.Rəhimov ifadəsində özünü təqsirli bildiyini deyib. Hazırda pulunun olmadığını, mənimsədiyi pulları gələcəkdə geri qaytaracağını bildirib.

Zərəçəkmiş şəxs - “S.A.B.A şirkəti” MMC-nin direktoru Əvəz Səfərli isə ifadəsində MMC-yə dəyən zərəri ödəməyi tələb edib. O, T.Rəhimovun ödəniş etməyə cəhd etməsindən sonra güzəştə gedəcəyini vurğulayıb.

Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.

Qeyd edək ki, “S.A.B.A şirkəti” MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edib. O, şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib. Daha sonra “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taley Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, “S.A.B.A. şirkəti” MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkət “Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.

Son xəbərlər

Orphus sistemi