Suraxanıda iki əl qumbarası aşkarlanıb

Suraxanıda iki əl qumbarası aşkarlanıb Bakının Suraxanı rayonu ərazisində iki əl qumbarası aşkarlanıb.
Hadisə
1 Oktyabr , 2022 12:53
Suraxanıda iki əl qumbarası aşkarlanıb

Bakının Suraxanı rayonu ərazisində iki əl qumbarası aşkarlanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə baxış zamanı aşkarlanan sursatın 2 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyənləşib. Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi