Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Suraxanı rayonunda traktorun vurduğu piyada ölüb
Hadisə
2 oktyabr 2014
11:39


Bakı. 2 Oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda piyada traktorla vurulub. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində Bakı şəhər sakini Rəfayel Məmmədov idarə etdiyi “Cukuroba” markalı traktorla Elimxan Bayramovu vurub. Xəstəxanaya yerləşdirilmiş E.Bayramov orada dünyasını dəyişib.
Son xəbərlər
