Sumqayıtdan Bakıya gələn sərnişin qatarı yolda qalıb

Hadisə
  • 19 iyun, 2017
  • 04:51
Sumqayıtdan Bakıya gələn sərnişin qatarı yolda qalıb

Bakı. 19 iyun. REPORT.AZ/ Sumqayıtdan Bakıya gələn sərnişin qatarı yolda qalıb.

"Report" xəbər verir ki, saat 07:50-də Sumqayıt şəhərindən yola düşən Bakı-Sumqayıt qatarı saat 08:11-dən Biləcəri ərazisində qalaraq 36 dəqiqə gecikib. 

Qatarın maşinisti bildirib ki, Bakıdan Sumqayıta gedən qatar gecikib və həmin qatara yol vermək üçün gözləməli olub.

Qatarın geçikməsi sərnişinlərin narazılığına səbəb olub.